İngilis tələbələr sionist rejimin Londondakı səfirinin sözlərinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/dünya-i267408-İngilis_tələbələr_sionist_rejimin_londondakı_səfirinin_sözlərinə_etiraz_ediblər
Sionist rejimə qarşı çıxan və Fələstin tərəfdarı olan İngiltərə tələbələri sionist rejimin Londondakı səfirinin bu şəhərdəki bir universitetdə etdiyi çıxışına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2017 16:35 Asia/Baku
  • İngilis tələbələr sionist rejimin Londondakı səfirinin sözlərinə etiraz ediblər

Sionist rejimə qarşı çıxan və Fələstin tərəfdarı olan İngiltərə tələbələri sionist rejimin Londondakı səfirinin bu şəhərdəki bir universitetdə etdiyi çıxışına etiraz ediblər.

Press TV-nin məlumatına görə, dünən əllərində, üzərlərində sionist rejimə qarşı şüarlar yazılmış plakatlar və Fələstin bayrağını tutmuş yüzlərlə ingilis tələbə sionist rejimin Londondakı səfiri Mark Regevin çıxış etdiyi məkanda etiraz aksiyası keçirib.

Etirazçı tələbələr həmçinin universitet rəhbərliyinin sionist rejimin Londondakı səfiri Mark Regevi Şərq və Afrika Araşdırmalar Məktəbinə dəvət etmək barədəki qərarından narazılıq ediblər.

Şərq və Afrika Araşdırmalar Məktəbinin müəllimlərindən olan Jonathan Rosenhead İngiltərə dövlətinin sionist rejimin hərəkətlərini himayə etməsini qəbuledilməz adlandırıb.

Təl-Əvivin işğal olunmuş ərazilərdə və Qəzzə zolağındakı ayrı-seçkilik siyasətlərinin davam etməsilə bütün dünyada anti-sionist təmayülləri artıbdır.