Apr 29, 2017 09:53 Asia/Baku
  • Avstriyalı deputat türkiyəlilərə vətəndaşlığın dayandırılmasını istəyib
    Avstriyalı deputat türkiyəlilərə vətəndaşlığın dayandırılmasını istəyib

Avstriyada ifrat sağçı deputat Türkiyə vətəndaşlarına Avstriya vətəndaşlığının verilməsinin dayandırılmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, ifrat sağçı Azadlıq Partiyasından olan deputat Norbers Hufer deyib: Türkiyənin Avstriyada yaşayan türklərdən neçəsinin Türkiyə vətəndaşlığına malik olduqlarını müəyyənləşdirənədək Avstriyada yaşayan türklərə Avstriya vətəndaşlığı verilməməlidir. 

Türkiyədə prezidentin səlahiyyətlərini artıran konstitusiyaya dəyişiklik referendumundan sonra Avstriyada ikili vətəndaşlığa malik olan miqrantların sayı  diqqəti cəlb etməyə başlayıb vu ölkənin daxili işlər naziri də bu barədə təzyiq altındadır. 

Son aylarda Türkiyə ilə Avropa Birliyi arasında söz deyişmələri bəzi Avropa ölkələrinin Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendum üçün təbliğat kompaniyalarına mane olduqları üzündən başlandı. 

Teqlər