Apr 29, 2017 12:33 Asia/Baku
  • Pakistan müxalifəti Nəvaz şərifin istefasını tələb edir
    Pakistan müxalifəti Nəvaz şərifin istefasını tələb edir

Pakistanın Təhrik İnsaf Partiyasının tərəfdarlarından ibarət minlərlə adam dünən gecə paytaxt İslamabadda aksiya keçirərək bu ölkənin baş naziri Məhəmməd Nəvaz Şərifin istefasını tələb ediblər.

Ümran Xanın tərəfdarları " Nəvaz get!" bağırdılar.

Son günlərdə Nəvaz Şərif hökumətinin Panama sənədləri ilə əlaqədar korrupsiya ittihamı üzrə məhkəmə işindən xilas olmaq üçün ona 100 milyon dollarlıq rüşvət təklif etdiyini iddia edən Ümran Xan Pakistan dövlətinin bu iddiaya qarşı təkzibinin əsassız olduğunu bildirib. 

Pakistanın Ali Məhkəməsi Məhəmməd Nəvaz Şərif və onun ailəsinə qarşı korrupsiya ittihamının araşdırılması üzrə son iclasında təhqiqat komitəsinin yaradılmasına qərar verdi. Bu komitə iki ayadək öz fəaliyyətinin nəticəsini məhkəməyə təqdim etməlidir. 

Teqlər