Amerikan hərbçilər Suriya-Türkiyə sərhədlərində yerləşdirilir
https://azeri.sahartv.ir/news/dünya-i267496-amerikan_hərbçilər_suriya_türkiyə_sərhədlərində_yerləşdirilir
Amerikanın Müdafiə Nazirliyi bu ölkə hərbçilərinin Türkiyə-Suriya sərhədlərinə göndərilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2017 11:58 Asia/Baku
  • Amerikan hərbçilər Suriya-Türkiyə sərhədlərində yerləşdirilir
    Amerikan hərbçilər Suriya-Türkiyə sərhədlərində yerləşdirilir

Amerikanın Müdafiə Nazirliyi bu ölkə hərbçilərinin Türkiyə-Suriya sərhədlərinə göndərilməsindən xəbər verib.

PressTv-nin verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi Pentaqon iddia edib ki, bu təşəbbüsdə məqsəd Türkiyə və Suriya hərbçiləri arasında toqquşmaların baş verməsinə mane olmaqdan ibarətdir. 

Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatları barədə Ankara ilə Vaşinqton arasında ixtilaf mövcuddur. 

2017-ci il mart ayında da 200 amerikan dəniz piyadası Suriyanın şimalına göndərilmişdi. 

Türkiyə də 2016-cı ildə Suriya sərhədləri boyu tank və zirehli texnika yerləşdirərək bu ölkəyə qarşı hərbi hava müdaxilələrinə başladı.