Apr 30, 2017 12:27 Asia/Baku
  • Putinin növbəti prezident seçkilərində iştirakı ilə müxalif olanlar aksiya keçirib
    Putinin növbəti prezident seçkilərində iştirakı ilə müxalif olanlar aksiya keçirib

Putin hökuməti ilə müxalif olan yüzlərlə nəfər onun yenidən prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməsinə etiraz olaraq aksiya keçirib.

Röyters-in məlumatına görə, Sankt-Peterburqda keçirilən etiraz aksiyasında ən azı 30 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. 

Putin ilə müxalif olanların Moskvada təşkil etdiyi etiraz aksiyası isə razılaşdırılmamış qaydada keçirildiyi üçün polis zorakılığına məruz qalıb. 

Rusiyada növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək və müxaliflər hazırkı prezident Vladimir Putinin növbəti seçkilərdə iştirak üçün namizədliyini irəli sürməsinə qarşı çıxırlar. 

Vladimir Putin indiyə kimi 3 dəfə Rusiya prezidenti olub. 

Rusiyanın keçmiş neft maqnatlarından olan Mixail Xodorovskinin başçılıq etdiyi Açıq Rusiya hərəkatı şənbə günü Rusiyada təşkil edilən etiraz aksiyalarının əsas təşkilatçısı olub. 

Teqlər