Avropa Birliyi nüvə anlaşmasına sadiqdir
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı deyib: AB ölkələri nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl edirlər.
Miquel Arias Kante bazar günü jurnalistlər qarşısında verdiyi açıqlamada İran və Avropa Birliyi arasında iqlim dəyişiklikləri ilə bağlı təşkil edilən birgə seminar haqda deyib: Avropa Birliyi İrana qarşı sanksiyaların tam şəkildə ləğv edilməsinə çalışır.
Kante həmçinin İranı Avropa Birliyinin mühüm şəriki adlandırıb və deyib: İran parnik qazlarının xeyli miqdarda azaldılması potensialına malikdir. Bununla İran regionda iqlim dəyişiklikləri ilə mübarizədə uzunmüddətli məqsədlərə nail olmaqda mühüm addımlar atmış ola bilər.
Avropa Birliyinin enerji məsələləri üzrə ali komissarı əlavə edib: İran İslam Respublikası Paris anlaşmasının başlıca və mühüm şərikidir. Və bu anlaşmanın imzalanmasından sonra, İran ilə yaxşı əməkdaşlıqlara başlanılıb.