May 03, 2017 19:31 Asia/Baku
  • Putin və Ərdoğan görüşü, Soçidə
    Putin və Ərdoğan görüşü, Soçidə

Rusiya və Türkiyə prezidentləri bu gün Soçidə görüşüb, ikitərəfli əlaqələr və beynəlxalq məsələlər barədə danışıqlar aparıblar.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Soçidə türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğan ilə görüşdə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər barədə, onunla fikir mübadiləsi aparıb. 

Putin Rusiya-Türkiyə əlaqələrinin normallaşdığını deyərək, əlavə edib: İki ölkə əlaqələrinin tamamilə normallaşmasının ardınca bu görüşün baş tutması çox önəm daşıyır. 

Ərdoğan da Rusiya-Türkiyə əməkdaşlığını Yaxın Şərqin vəziyyətində təsirli adlandırıb və deyib: İki ölkə birgə addımlar ilə regionun taleyini dəyişəcəklər.

Rusiya və Türkiyə əlaqələri 2015-ci ildə Türkiyə qırıcısının Suriya səmasında Rusiyanın bir ədəd bombardmançı təyyarəsini vurmasının ardınca gərginləşmişdi. 

Moskva və Ankara Suriyanın durumu və iqtisadi əlaqələr xüsusi ilə də Rusiyadan Türkiyəyə idxal edilən buğda üçün gömrük rüsumunun 130% artırılması məsələsində fikir ayrılığına malikdirlər. 

Teqlər