May 05, 2017 20:55 Asia/Baku
  • AB-nin siyasi-iqtisadi nüfuzu tənəzzülə uğrayıb
    AB-nin siyasi-iqtisadi nüfuzu tənəzzülə uğrayıb

Avropa Komissiyasının rəhbəri etiraf edib ki, Avropa Birliyinin yanlışlıqları və zəif cəhətləri Britaniya vətəndaşlarının Avropa Birliyindən ayrılmağa səs vermələrinin bir hissəsi olmuşdur.

İRNA-nın məlumatına görə, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker cümə günü İtaliyada keçirilən konfransda Avropa Birliyinin öz iqtisadi qüdrəti və siyasi nüfuzunu itirməkdə olduğunu bildirib: Bu birlik bir neçə cəhətdən özünü daha çox çətinliyə salıb, bir çox iş prinsipləri icra və vətəndaşların məsələlərində çoxlu müdaxilələr edib.

Jan Klod Yunker əlavə edib: Hal-hazırda Avropa dünya iqtisadiyyatının xammal istehsalının 25%-ni təşkil edir. Lakin gələn on il ərzində bu göstərici 15%-dən aşağı enəcək.

Britaniya baş naziri Tereza Meyin Avropa Komissiyasının sədri Jan Klod Yunker və Avropa Birliyinin Brexit üzrə xüsusi müzakirəçisi Mişel Barniye ilə görüşünün detallarının ifşa olunması ardınca, son günlər ərzində Londonla Brüssel əlaqələri gərginləşib.

Tereza Mey çərşənbə günü gözlənilməz açıqlamasında Avropa Birliyini 8 iyunda keçirilməsi planlaşdırılan İngiltərənin parlament seçkilərinə təsir göstərməkdə suçlayıb.

 

Teqlər