Sergey Lavrov Astana iclasının əhəmiyyətini vurğulayıb
Rusiya xarici işlər naziri Almaniya kanslerinin müavini və xarici işlər naziri Ziqmar Qabriellə telefon söhbətində Suriya böhranının həlli üzrə Astana iclasının əhəmiyyətini qeyd edib.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bildirib: Lavrov bu telefon söhbətində 4 təhlükəsiz bölgənin yaradılması vasitəsi ilə Suriyada atəşkəsin gücləndirilməsi üçün 4-cü Astana iclasının nəticələrini çox önəmli adlandırıb.
Rusiya XİN-in bildirdiyinə görə, bu plan BMT-nin nəzarəti iləi Cenevrədə suriyalı-suriyalı müzakirlərin növbəti raundu üçün münasib şəraitin təmin olunması və gərginliyin azaldılması məqsədilə icra olunur.
Rusiya xarici işlər naziri cümə gecə də ABŞ dövlət katibi Reks Tillersonla telefon söhbətində Astana iclasının nəticələri haqda müzakirə aparıb.
Sergey Lavrovun sözlərinə görə, Vaşinqton son Astana iclasında Suriyada 4 təhlükəsiz bölgənin yaradılmasını müsbət qarşılayıb.
Çərşənbə və cümə axşamı günləri Qazaxıstan paytaxtı Astana şəhərində keçirilən Suriya böhranı üzrə 4-cü tur müzakirələrin sonunda, İran, Rusiya, Suriya və Türkiyə nümayəndələri Suriyada 4 təhlükəsiz bölgənin yaradılması sənədini imzalayıblar.