Merkel NATO-nun Rusiya ilə müzakirələr prosesinin qorunmasını vurğulayıb
Almaniya kansleri Rusiya ilə Şimali Atlantik Alyansı NATO arasında müzakirələr prosesinin qorunmasını istəyib.
İTAR-TASS-ın Almaniya hökumətinin internet portalına istinadla verdiyi məlumata görə, Almaniya kansleri Angella Merkel bildirib ki, NATO müdafiə hazırlığını qorumaqdan əlavə Rusiya ilə müzakirələri davam etdirməlidir.
Almaniya kansleri xatırladıb: NATO-nun müdafiə hazırlığı və Rusiya ilə müzakirələrin qorunması bir-birinin kənarında irəliləməli və bu prosesi dayanmamalıdır.
Angella Merkel Rusiya qarşılığında dialoq üçün hazır qalmaq siyasətini ağıllı siyasət adlandırıb: Müzakirələr NATO-Rusiya komissiyası çərçivəsində davam etməlidir.
NATO 2014-cü il aprel ayında Ukrayanın şərqində qarşıdurmalar başlandığı zamandan Rusiyanın bu bölgədə müxalifləri dəstəkləməsi bəhanəsi ilə Avropanın şərqində və Rusiyanın qərb sərhədləri yaxınlığında iştirakını artırıb. Moskva da öz növbəsində bu məsələyə reaksiyada NATO qüvvələrinin Avropanın şərqindəki iştirakının davam etməsi haqda xəbərdarlıq edib.