AB fələstinlilərin həbs olunmalarının davam etməsindən nigarandır
-
AB fələstinlilərin həbs olunmalarının davam etməsindən nigarandır
Avropa Birliyinin Qəzzə zolağına göndərilmiş heyəti dünən gecə bir bəyanatda fələstinlilərin sionist rejim tərəfindən həbs olunmalarının davam etməsindən nigarançılıq ifadə edib.
IRNA-nın məlumatına görə, bu avropalı heyət sionist rejimdən istəyibdir ki, fəlsətinli əsirlər barəsində beynəlxalq qanunlara və insan haqlarına sadiq qalsın.
Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün daim İordan çayının qərb sahilinə və işğal olunmuş Qüdsə basqınlar edir. Onlar heç bir ittiham olmadan fələstinliləri həbs edərək, məhbəslərə atırlar.
Bu avropalı heyətin bəyanatında həmçinin qeyd olunubdur ki, Avropa Birliyi sionist rejim məhbəslərində saxlanılan fəlsətinli əsirlərin iyirminci günə daxil olmuş aclıq aksiyasını nigarançılıqla izləyir.
Fələstinli əsirlər sionist rejimin rasist rəftarları və siyasətlərinə etiraz əlaməti olaraq, "Azadlıq və Ləyaqət!" şüarı ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar.
Təqribən 6500 fəlsətinli əsir hazırda sionist rejim məhbəslərində saxlanılır. Onların 62-si qadın, 300 nəfəri isə qanuni yaşdan aşağı uşaqdır.
Fələstinli əsirlərin aclıq aksiyası müxtəlif ölkələrin xalqlarının himayəsilə üzləşibdir.
Beynəlxalq təşkilatlar da sionist rejimdən istəyiblər ki, fələstinli əsirlərin haqlı tələblərinə cavab versin, amma bu rejim həmin tələbləri qulaq ardına vuraraq, fələstinli əsirlərə divan tutmağı davam etdirir.