May 07, 2017 16:23 Asia/Baku
  • QİÇS dünyada ən nigaranedici xəstəlik olaraq qalır
    QİÇS dünyada ən nigaranedici xəstəlik olaraq qalır

BMT-nin uşaq fondu- UNICEF bildirib ki, Afrikanın qərbindəki hər beş uşağın biri QİÇS-ə tutulması səbəbindən valideynlərindən azı birini itiribdir.

Frans-24 telekanalının məlumatına görə, UNICEF bu gün "QİÇS yetimləri" ümumdünya günü münasibətilə verdiyi bir hesabatda bildirib ki, QİÇS dünyada ən nigaranedici xəstəlik olaraq qalır.

İsveçrənin Cenevrə şəhərindəki xəstəxananın QİÇS şöbəsinin müdiri Aleksandr Kelminin sözlərinə görə, hər həftədə təqribən üç min uşaq QİÇS-ə yoluxma nəticəsində həyatını itirir və QİÇS virusuna yoluxmuş təqribən dörd körpə dünyaya gəlir.

QİÇS xəstəliyi bədənin təhlükəsiliyini pozan HIV virusu tərəfindən yaradılır və hər on beş saniyədə bir ata və ya ana bu xəstəliyə tutulma nəticəsində həyatını itirir.

Teqlər