İqtidarın Ollandan Makrona keçidi zamanı elan olundu
May 08, 2017 20:01 Asia/Baku
Fransa prezidenti Fransua Olland bildirib: Gələn həftə bazar günü iqtidar seçilmiş prezidentə keçəcək.
France 24 televiziyasının məlumatına görə, Fransua Olland deyib: Fransa prezident seçkilərində qalib gələn müstəqil namizəd Emmanuel Makron 14 may bazar günü and içəcək.
Fransa tarixinin ən gənc prezidenti olan 39 yaşlı Makron Milli Cəbhə partiyasının rəhbəri Marin Lö Peni məğlub edib.
Fransa prezident seçkilərində Emmanuel Makronun qələbə çalması ilə dünyanın bir çox ölkəsi bu dəyişikliyə münasibət bildirib və onu müsbət qarşılayıb.