İtaliyada minlərlə mühacir uşaq yoxa çıxıb
-
İtaliyada minlərlə mühacir uşaq yoxa çıxıb
İtaliyanın Daxili İşlər Nazirliyi 28 000 mühacir uşağın bu ölkədə yoxa çıxdığını elan edib.
İRİB-nin verdiyi məlumata görə, İtaliyanın Daxili İşlər Nazirliyi bildirib ki, ötən il İtaliyada yoxan çıxan 44635 mühacirin 28 000 nəfərini uşaqlar və yeniyetmələr təşkil edir.
İtaliyanın Daxili İşlər Nazirliyi ötən il İtaliyada itkin düşən mühacir uşaqlar və yeniyetmələrin sayının 2015-ci ililə müqayisədə 44% daha çox olduğunu bildirib.
İtaliyanın Daxili İşlər Nazirliyi Siciliya adası yoluilə İtaliyaya daxil olan 28 000 mühacir uşağın əxlaqsızlıq, insan ticarəti və quldarlıq kimi çirkin məqsədlərin qurbanı ola biləcəkləri barədə xəbərdarlıq edib.
Beynəlxalq Miqrasiya Təşkilatı İtaliyada minlərlə uşaq və yeniyetmənin yox çıxmasını son dərəcə narahatlıq doğuran məsələ adlandırıb və bu uşaqların insan tacirlərinin qurbanına çevrilməsi ehtimalından nigaranlıq edib.