Almaniya Əfqanıstandakı hərbi iştirak səviyyəsini artırmaq istəmir
May 12, 2017 15:40 Asia/Baku
Almaniya kansleri ölkəsinin Əfqanıstandakı hərbi iştirak səviyyəsinin artırılmasıilə bağlı NATO-nun istəyi ilə müxalifət edib.
Sputnik-in verdiyi məlumata görə, Angela Merkel cümə axşamı NATO-nun baş katibi Yiens Stoltenberq ilə birgə mətbuat konfransında deyib: Almaniya Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi hərbi əməliyyatlardakı iştirak səviyyəsini artırmaq niyyətində deyil.
A.Merkel həmçinin, bu mətbuat konfransında Almaniyanın Əfqanıstandakı hərbi əməliyyatın davam etməsi ilə bağlı xidmətlərini son dərəcə önəmli və həssas adlandırıb.
Əfqanıstan xalqı xarici qüvvələrin varlığını ölkədə gərginliyə səbəb olan başlıca amil hesab edir.