Ş.Korea növbəti nüvə sınağına hazır olduğunu bildirib
May 16, 2017 13:14 Asia/Baku
Şimali Koreanın müdafiə naziri bu ölkənin istənilən zamanda növbəti nüvə sınağını həyata keçirməyə hazır olduğunu bildirib.
Yunhap xəbər agentliyinin bu gün yaydığı məlumata görə, Ş.Koreanın müdafiə naziri Han Min Ku Pxenyanın son raket sınağının uğurlu keçirilməsini bildirməsindən bir gün sonra Birləşmiş Millətlər Təşkilatının baş assambleyasının milli müdafiə komitəsinə xitabən deyib: Şimali Korea beynəlxalq sanksiya və təzyiqlərə əhəmiyyət vermədiyini dünyaya nümayiş etdirməkdə əzmkardır və istənilən vaxt növbəti nüvə sınağını həyata keçirməyə hazırdır.
Ş.Korea bazar günü 787 km məsafəni hədəfə ala bilən ballestik raketini Rusiya sərhədləri yaxınlığında dəniz üzərində həyata keçirdi.