BMT miqrant böhranının davamından nigarandır
https://azeri.sahartv.ir/news/dünya-i269356-bmt_miqrant_böhranının_davamından_nigarandır
Birləşmiş Millətlər Təşkilatı qeyri-qanuni miqrantların Avropaya daxil olmaları prossesinin davam etməsindən nigaran qaldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2017 09:05 Asia/Baku
  • BMT miqrant böhranının davamından nigarandır
    BMT miqrant böhranının davamından nigarandır

Birləşmiş Millətlər Təşkilatı qeyri-qanuni miqrantların Avropaya daxil olmaları prossesinin davam etməsindən nigaran qaldığını bildirib.

Belçika teleradiosunun internet portalının verdiyi məlumata görə, BMT-nin didərginlər üzrə ali komissarlığı bildirib ki, sadəcə cari həftə ərzində Aralıq dənizində 1 uşaq da daxil 20 miqrant həlak olub. 

İtaliyanın sahil qvardiyası da bildirib ki, bazar günü 4 xilasetmə əməliyyatı nəticəsində 480 miqrant xilas edilib və 7 cəsəd sulardan aşkar edilib. 

2017-ci ildə Aralıq dənizində 1300-dən çox mühacir həlak olub yaxud itkin düşüb 

Daxili müharibələr, destabillik və xəstəlik Afrika ölkələrinin vətəndaşlarının Avropaya mühacirət cəhdlərinin əsas amillərini təşkil edir.