Amerikada ƏMTP-yə dəstək təşkilatı yaradılıb
-
Amerikada ƏMTP-yə dəstək təşkilatı yaradılıb
Amerika Birləşmiş Ştatlarında Əhatəli Müştərək Təşəbbüs Proqramını (ƏMTP) himayə üçün " Diplomatiya effektlidir" adlı bir təşkilat öz mövcudluğunu elan edib.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, qərb mediyalarının İrana qarşı sanksiyaların müddətinin ABŞ prezidenti Donald Tramp tərəfindən uzaldılacağı ehtimalı barədə yaydıqları məlumatlarla eyni zamanda ABŞ-ın keçmiş dövlət katibi Con Kerri, keçmiş hökumətin milli təhlükəsizlik üzrə bir qrup ekspertləri ilə birlikdə diplomatiya effektlidir adlı bir təşkilat yaradıb.
Yeni təsis olunmuş təşkilat siyasətçilərə ƏMTP-ni xarici siyasət və diplomatiya üçün təsirli model kimi nümunə götürmək imkanı yaradan informasiyalar və analizlər hazırlayacaq.
İran və 5+1 qrupu 2015-ci il 14 iyunda İranın nüvə proqramı barədə bir razılaşma imzaladılar ki, 2016-cı il 16 yanvarda icra edilməyə başladı.
Altılar qrupunun üzvlərindən biri olan Amerika bu razılaşma əsasında öz üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırır və nüvə razılaşmasını pozan hərəkətlərə əl atır.