May 20, 2017 19:22 Asia/Baku
  • BMT sionist rejim qəsbkarlığına son qoyulması vacibliyini vurğulayıb

Birləşmiş Millətlər Təşkilatı sionist rejimin Fələstin ərazilərinə qarşı qəsbkarlığına son qoyulmasını istəyib.

Birləşmiş Millətlər Təşkilatının işğal olunmuş Fələstin ərazilərindəki məruzəçisi Maykl Link sionist rejim qəsbkarlığına son qoyulması vacibliyini vurğulayaraq, bu məntəqələrdəki insani vəziyyəti nigaranedici adlandırıb.

Bu BMT üzvü bölgəyə beşgünlük səfərdən sonra sionist rejimin fələstinlilərin hüquqlarının pozulması üzrə məqsədyönlü və davamlı hərəkətlərini, o sıradan kütləvi cəzalandırma, fələstinlilərin əmlakının müsadirəsi, güc və silaha söykənmə, qanunsuz qırğın, fələstinlilərin azad şəkildə gediş-gəlişlərinin əngəllənməsi, Fələstin ərazilərində sionist qəsəbələrin genişlənməsi və onların icbari mühacirətini pisləyibdir.

Birləşmiş Millətlər Təşkilatının işğal olunmuş Fələstin ərazilərindəki məruzəçisi dünya ictimaiyyətindən istəyibdir ki, sionist rejimin qəsbkarlığına və sionist qəsəbələrin salınmasına son qoyulması, eləcə də Fələstin xalqının öz müqəddəratını təyinetməsi haqqı üçün səy göstərsin.

Sionist rejim insan haqlarını pozmağı davam etdirməkdən əlavə, 2016-cı ilin əvvəlindən sionist qəsəbələrin salınması üçün fələstinlilərin torpaqlarının müsadirə olunmasını şiddətləndiribdir.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də sionist qəsəbələrin salınmasına son qoyulması barədə qətnamə qəbul etdi, lakin bu proses hələ də dayanmayıbdır.

Teqlər