Trampın arvadı Səudiyyə Ərəbistanında qadınların durumunu alqışlayıb
https://azeri.sahartv.ir/news/dünya-i270142-trampın_arvadı_səudiyyə_Ərəbistanında_qadınların_durumunu_alqışlayıb
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Səudiyyə Ərəbistanı rejiminin qadınlara qarşı ədalətsiz rəftarını ört-basdır etmək məqsədi ilə naşıyana cəhdlər çərçivəsində bu ölkədə "qadınların güclənməsi və onların qabiliyyətlərinin artırılmasını" alqışlayıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 22, 2017 10:13 Asia/Baku
  • Trampın arvadı Səudiyyə Ərəbistanında qadınların durumunu alqışlayıb
    Trampın arvadı Səudiyyə Ərəbistanında qadınların durumunu alqışlayıb

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Səudiyyə Ərəbistanı rejiminin qadınlara qarşı ədalətsiz rəftarını ört-basdır etmək məqsədi ilə naşıyana cəhdlər çərçivəsində bu ölkədə "qadınların güclənməsi və onların qabiliyyətlərinin artırılmasını" alqışlayıb.

Donald Trampı Səudiyyə Ərəbistanına səfərində müşayihət edən Melaniya Tramp Ər-Riyadda General Elektrik şirkətinin bütün işçiləri qadınlardan ibarət olan satış sonrası xidmət mərkəzinə  baxış keçirdikdən sonra bu ölkədə qadınların güclənməsini alqışlayıb. 

Melaniya bu mərkəzdə fəaliyyət göstərən qadınlara xitabən deyib: Ümid edirəm ki, ərəb qadınları özlərinin həqiqi mövqelərini əldə edəcək və ana və cəmiyyətdə fəal olan qadın kimi iki məsuliyyəti arasında balans yarada biləcəklər. 

Melaniya sonra Twitter səhifəsində yazıb: Satış sonrası xidmət mərkəzində fəaliyyət göstərən qadınlarla söhbətləşməkdən çox həzz aldım. Qadınların qabiliyyətlərinin gücləndirilməsi istiqamətində böyük addımlar atılıb. 

Amerikanın birinci xanımı elə bir şəraitdə bu kimi bəyanatlarla çıxış edir ki, Səudiyyə Ərəbistanı qadınların ilkin hüquqlarının tapdalanmasında birincilər sırasındadır. 

Cinslər arasında fərq üzrə beynəlxalq göstəriciyə əsasən Səudiyyə Ərəbistanı 2016-cı ildə 144 ölkə arasında 141-ci yeri tutmuşdur.