May 22, 2017 18:04 Asia/Baku
  • İranın İslam Şurası Məclisinin sədrin müşaviri Hüseyn Əmir Abdullahian
    İranın İslam Şurası Məclisinin sədrin müşaviri Hüseyn Əmir Abdullahian

İran parlamentinin sədr müavini deyib: Fələstin islam dünyasının birinci məsələsidir və islam dünyası bu mövzunun əhəmiyyətinin azalmasına imkan verməməlidir.

Parlament xəbər agentliyinin verdiyi məlumata görə, İranın İslam Şurası Məclisinin sədrin müşaviri Hüseyn Əmir Abdullahian  bu gün Fələstinin Tehrandakı səfiri ilə görüşündə ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbitanı və işğal olunmuş Fələstinə səfərinə münasibət bildirərkən deyib: Amerika və sionist rejim müsəlman ölkələrində de-stabillik yaratmaq ardıncadırlar və müsəlman ölkələrin zəiflədilməsi və parçalanması planı üzərində işləyirlər. 

Əmir Abdullahian Trampın regiona səfərinin məqsədlərindən birinin Təl-Əvivin təhlükəsizliyini təmin etməyə, Qüdsü işğal edən rejimi gücləndirməyə cəhd olduğunu bildirərək deyib: Trampın regiona səfərinin məqsədlərindən biri sionist rejimə əlavə dəstəyin cəlb edilməsi və müsəlman ölkələrə bu rejim ilə əlaqələrini normallaşdırmaq üçün təzyiq göstərilməsindən ibarət olub. 

İranın parlament sədrinin müavini deyib: Trampın səfəri nəinki regiondakı böhranların həllinə heç bir kömək etmədi, hətta indiki böhranların daha da gərginləşməsi və qırğın və dağıntıların daha da artmasına gətirib çıxıaracaq. 

Əmir Abdullahian ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan silah müqavilələrinin Amerikanın silah zavodlarına, iqtisadiyyatına və bu ölkədə işsizlərin təmin edilməsinə xidmət olduğunu bildirərək deyib: ABŞ tərəfindən Səudiyyə Ərəbistanına satılan silahların sionist rejimə qarşı istifadə olunmayacağına təzminat bu müqavilənin maddələrindən birini təşkil edir. 

Fələstinin Tehrandakı səfiri Səlah Zəvavi də bu görüşdə İran İslam Respublikasının məzlum Fələstin xalqına dəstəyini yüksək qiymətləndirərək deyib: Müsəlman xalqlara qarşı müharibə və qırğınların davam etməsi islam ümmətinin zəifləməsi və sionist rejimin güclənməsi ilə nəticələnəcək. 

Teqlər