İngiltərənin üstüörtülü Mançester stadionunda güclü partlayış baş verib
https://azeri.sahartv.ir/news/dünya-i270194-İngiltərənin_üstüörtülü_mançester_stadionunda_güclü_partlayış_baş_verib
İngiltərə polisi bildirib ki, Mançester şəhərindəki üstüörtülü stadionda güclü partlayışın baş verməsi səbəbindən onlarla nəfər həlak olub, bir qrup insan da yaralanıbdır. Bəzi medialar ölənlərin sayını 20 nəfərdən çox, yaralıların miqdarını isə təqribən 50 nəfər elan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 04:26 Asia/Baku
  • İngiltərənin üstüörtülü Mançester stadionunda güclü partlayış baş verib
    İngiltərənin üstüörtülü Mançester stadionunda güclü partlayış baş verib

İngiltərə polisi bildirib ki, Mançester şəhərindəki üstüörtülü stadionda güclü partlayışın baş verməsi səbəbindən onlarla nəfər həlak olub, bir qrup insan da yaralanıbdır. Bəzi medialar ölənlərin sayını 20 nəfərdən çox, yaralıların miqdarını isə təqribən 50 nəfər elan ediblər.

BBC telekanalının məlumatına əsasən, şahidlərin bu gün səhər tezdən söylədikləri sözlərə görə, Mançester şəhərində keçirilən bir konsertdə partlayışın baş verməsi nəticəsində yerin üzərində 20-dən 30-dək insanın cənazəsi müşahidə olunubdur.

Bu telekanalın məlumatına görə, həmin partlayış ehtimal üzrə bir terror hərəkəti olubdur. Bu telekanal habelə bir şahidə istinadla xəbər veribdir ki, Mançester şəhərindəki  üstüörtülü stadionda keçirilən konsertdə çoxlu sayda uşaq olubdur.

Belə bir halda, İngiltərə polisi bu ölkə xalqından istəyibdir ki, partlayış məkanının ətrafında hərəkət etməsin.