T.Mey: Mançester partlayışı bir terror hücumudur
İngiltərənin baş naziri bildirib ki, bu ölkə polisi Mançester şəhərində baş vermiş partlayışla bir terror hücumu kimi rəftar edəcək.
İngiltərənin baş naziri Tereza Mey bu gün səhər, təqribən 20 nəfərin ölməsi və 50 nəfərin yaralanması ilə nəticələnmiş Mançesterdə konsert proqramı zamanı törədilmiş partlayışın amillərinin hərəkətini pisləyərək, onu hövlnak terror hücumu adlandırıb.
İngiltərənin baş naziri Mançester partlayışında zərər çəkmiş kəslərin ailələrinin və hadisədə ölənlərin fikrində olduğunu deyərək, bildirib ki, bu partlayışın bütün detallarının aydınlaşması üzərində işləməkdədir.
Mançester şəhərindəki üstüörtülü stadion dünən gecə bir konsert proqramı zamanı hövlnak və dəhşətli bir partlayışın şahidi oldu.
Belə bir halda, bəzi ingilis informasiya qaynaqları xəbər veriblər ki, Mançester şəhərindəki üstüörtülü stadionda partlayışın baş verməsindən sonra İngiltərə polisi Mançester şəhərində digər bir bombanı zərərsizləşdiribdir.
Həmçinin Röyters amerikalı rəsmilərə istinadla xəbər veribdir ki, bu rəsmilərin gümanlarına əsasən, Mançester partlayışı bir intihar əməliyyatının nəticəsidir.