May 25, 2017 13:48 Asia/Baku
  • NATO-nun terrorizmlə mübarizə iddiası
    NATO-nun terrorizmlə mübarizə iddiası

Şimali Atlantika Alyansı NATO-nun baş katibi Əfqanıstanda terrorizm əleyhinə "mübarizə"nin davam etdiyini deyib.

AVA xəbər agentliyinin verdiyi məlumata görə, Yens Stoltenberq dünən bir mətbuat konfransında iddia edib ki, NATO Əfqanıstanda terrorçu qruplaşmalar o cümlədən İŞİD ilə mübarizə aparır.

Stoltenberq İŞİD-i qlobal bir təhdid adlandırıb və NATO-nun bu terror qruplaşması ilə mübarizədə məsuliyyət hissi daşıdığını iddia edib.

Stoltenberqin iddiasına baxmayaraq, ABŞ və NATO-nun İŞİD kimi terror qruplaşmalarını maliyyələşdirməsi və silahlandırması Əfqanıstan daxil olmaqla bir çox ölkədə gərginlik amili sayılır və ABŞ ilə NATO-nun bu ölkədəki qeyri-qanuni iştirakının davam etməsi gərginlik və böhranın davam etməsinə və sivil əhali arasında insan tələfatının artmasına səbəb olur.

Teqlər