May 25, 2017 15:34 Asia/Baku
  • Brazildiyada ordu xalq etirazlarının yatırılmasına cəlb edilib
    Brazildiyada ordu xalq etirazlarının yatırılmasına cəlb edilib

Brazildiyada xalq etirazlarının genişlənməsinin ardınca bu ölkə prezidenti ordu qüvvələrinə dövlət binalarını qorumaları haqda gösətriş verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Braziliya prezidenti Mişel Temer çərşənbə günü ordu qüvvələrinə dövlət binalarını qorumaları haqda göstəriş verib.

Brazildiyada vəziyyət ötən həftələr ərzində prezidentlə bağlı aparılan korrupsiya araşdırmaları üzündən xeyli gərginləşib.

Braziliya Senatı ötən il bu ölkə prezidenti Dilma Rosofu, adının korrupsiyaya qarışması ilə bağlı ifşaçılığın ardınca,  impiçment etmişdi və o zaman vitse-prezident olan Mişel Temer qanun əsasında prezidentin yerini tutmuş oldu.

Buna baxmayaraq, Braziliya Ali Məhkəməsi bir müddət öncə hazırkı prezident Mişel Temerin də öz siyasi fəaliyyət dövründə bir neçə milyard dollarlıq rüşvət alması faktını ifşa edərək, Temerin Braziliya Parlamentinin sabiq sədrinə rüşvətin verilməsi ilə bağlı göstəriş verməsi haqda video-yazının olduğunu bildirib.

Braziliya ötən 2 ildə misilsiz iqtisadi böhranın şahididir və ölkədə işsizlik səviyyəsi sürətlə artır.

Narazı kütlə hökumət əleyhinə etirazların davamında çərşənbə günü paytaxtda təhlükəsizlik qüvvələri ilə toqquşub.

Braziliyanın Ali Məhkəməsi də Mişel Temer barəsində istintaqa başlayıb.

Teqlər