May 25, 2017 19:13 Asia/Baku
  • Rusiya polisi bir qrup terrorçunu həbs etdi
    Rusiya polisi bir qrup terrorçunu həbs etdi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada nəqliyyat infrastrukturunda terror aktı törətməyi planlaşdıran bir qrup İŞİD terrorçusunu həbs edib.

Sputnik-in verdiyi məlumata görə, saxlanılanlar arasında Rusiya ilə yanaşı  Mərkəzi Asiya ölkələri vətəndaşları da var.

Saxlanılan şəxslər Rusiyada terror aktı törətdikdənsonra Suriyaya qaçmaq və orada İŞİD terrorçularına qoşulmağı planlaşdırırmışlar.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, terrorçuların ələ keçirilməsi əməliyyatı zamanı partlayıcı qurğuların hazırlanması üçün bir laboratoriya, istifadəyə hazır partlayıcı qurğular, külli miqdarda silah və hərbi sursat habelə, əl qumbaraları aşkar edilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, 4 nəfər üzvü olan bu dəstə İŞİD-ə bağlı bir terror dəstəsi olub. Terrorçuların saxlanıldığı məkandan İŞİD terrorçularının azğın düşüncələrini təbliğ edən çoxlu sayda videomaterial və kitab da aşkar edilib.

Teqlər