İngiltərədən ABŞ-a tənqid
İngiltərənin şimalında yerləşən Mançester şəhərinin meri Amerikanın bu şəhərdə baş vermiş son terror hücumu barədə informasiyanı sızdırmaq üzrə hərəkətini zalımcasına və məsuliyyətsizcəsinə bir hərəkət adlandırıb.
IRIB-nin məlumatına görə, İngiltərənin şimalında yerləşən Mançester şəhərinin meri Andi Burnham ABŞ-ın bu şəhərdə baş vermiş son terror hücumu barədə informasiyanın gizli detallarının yayılması üzrə hərəkətini bu şəhər əhalisinə və daha çox, hadisədə həlak olanların və yaralananların ailələrinə qarşı hörmətsizlik adlandıraraq, onu pisləyibdir.
Belə bir halda, İngiltərə milli polisi dünən bildiribdir ki, informasiyaların açıqlanması inamı aradan götürür.
Həmçinin İngiltərənin daxili işlər naziri Amber Rudd çərşənbə günü Mançester terror hücumu barədə detalları açıqlayaraq, bu informasiyanı amerikalı mediaların ixtiyarına qoyduqlarına görə, amerikalı rəsmiləri tənqid edibdir.
İngiltərənin baş naziri Tereza Meyin Mançester hücumu amilinin aşkar edildiyini, lakin onun adının açıqlanmayacağını bildirdiyi bir halda, bəzi amerikan medialar onun adı və kimliyini açıqlayıblar.