Rusiya ABŞ-ın NATO-dakı hərbi büdcəsinin artmasından nigarandır
Rusiya elə bir halda ABŞ-ın NATO-dakı hərbi büdcəsinin artmasından nigarandır ki, Vaşinqton cüzi müdafiə büdcəsi ayırmalarına görə, bu hərbi paktın üzvlərini kəskin tərzdə tənqid edibdir.
Moskvada çıxan İzvestiya qəzetinin məlumatına görə, Rusiyanın Brüsseldəki daimi nümayəndəsi Aleksandr Qruşko Amerika hökumətinin NATO çərçivəsindəki hərbi büdcəsinin 2018-ci il üçün qırx faizlik artımından nigaranlıq edibdir.
Bu rus diplomat deyib: Donald Tramp hökuməti gələn il üzdəniraq "Amerikanın NATO-dakı müttəfiqlərinə dinciliyin verilməsi" layihəsi üçün 4 milyard 880 milyon dollarlıq büdcənin ayrılmasını istəyibdir ki, bu məsələ nigaranedicidir.
Qruşkonun qənaətincə, bu addım o deməkdir ki, Amerika NATO-ya üzv Avropa ölkələrində daha çox qüvvə yerləşdirə biləcəkdir.