May 28, 2017 10:04 Asia/Baku
  • Amerikada daha 2 nəfər irqçi hücumun qurbanı olub
    Amerikada daha 2 nəfər irqçi hücumun qurbanı olub

Daha 2 müsəlman Amerikada irqçi hücum nəticəsində həyatını itirib.

İRİB-nin verdiyi məlumata görə, Orqan Ştatında yerləşən Portlənd şəhərinin polisi bildirib ki, 35 yaşlı bir kişi bıçaqdan istifadə edərək, 2 nəfəri qətlə yetirib. Sərnişin qatarında baş vermiş bu hadisədə həyatını itirənlərin hər ikisi müsəlman olub. 

Portlənd polisi bildirib ki, qatil ilk olaraq sərnişin qatarında olan iki hicablı müsəlman qadının ünvanına nalayiq sözlər səsləndirib. Daha sonra isə bıçaq zərbələri endirərək, 3 nəfərə ağır xəsarətlər vurub. Nəticədə hücuma məruz qalanlardan ikisi həyatını itirib. 

Hadisə ilə bağlı yayılan video-görüntülərdə qatilin irqçi şüarlar səsləndirdiyi müşahidə olunur. Şahidlərin dediklərinə görə, qatil davamlı olaraq irqçi şüarlar səsləndirərək, müsəlmanlara qarşı təhqiramiz ifadələrdən istifadə edib. 

Qatil törətdiyi cinayətin ardınca hadisə yerini tərk etsə də, bir neçə saat sonra həbs edilib. Baş vermiş hadisədə daha 3 nəfərin yaralandığı bildirilir. Amerikada Donald Trampın prezident seçilməsindən bəri müsəlmanlara qarşı irqçi hücumlar artıb. 

Teqlər