May 29, 2017 18:45 Asia/Baku
  • Rusiya və Çin Amerikanın raket sisteminə qarşı
    Rusiya və Çin Amerikanın raket sisteminə qarşı

Rusiya və Çin Cənubi Koreya və Yaponiyanın ABŞ-ın raket müdafiə sistemində iştirakına qarşı çıxıblar.

TASS xəbər agentliyinin bu gün verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov "Beynəlxalq əlaqələrin yeni keyfiyyətinə doğru" adlanan Çin və Rusiya beynəlxalq konfransında etdiyi çıxışında deyib: Moskva daima öz ortağı Pekinlə birlikdə Şimali Koreyanın nüvə proqramının əleyhinə olub, amma eyni zamanda hərbi seçimin, Cənubi Koreya və Yaponiyanın Amerikaya qoşulmalarının Koreya yarımadasının böhranının həlli yolu olmadığını düşünürük. 

Morqulov deyib: Bu problem diplomatik yollarla bütün tərəflər arasında birbaşa danışıqların təmin olunması yolu ilə həll oluna bilər. 

Koreya yarımadasındakı böhran Amerika və Rusiya əlaqələrində çaxnaşma amillərindən birinə çevrilmişdir. 

Moskva Şimali Koreyanın raket sınağını pisləyərək Pxenyanın hərəkətləri qarşısında təmkinliyə çağırır. 

Pxenyan bildirib ki, Amerika hərbçilərini yarımadaya göndərməkdə, Şimali Koreyaya qarşı düşmən siyasətini davam edərsə, bu ölkə özünün hərbi proqramlarını davam etdirəcək. 

Teqlər