May 30, 2017 11:48 Asia/Baku
  • Venesuela əsas qanununun islahı layihəsilə müxalif olanlar aksiya keçiriblər
    Venesuela əsas qanununun islahı layihəsilə müxalif olanlar aksiya keçiriblər

Venesuela prezidentinin müxalifləri bu ölkənin əsas qanununun islahı layihəsilə müxalifət edərək, aksiya keçiriblər.

Frans-Press-in məlumatına görə, aksiyaçılar dünən çalışıblar ki, özlərini hökumətə tərəfdralıq etməkdə ittiham olunan Venesuelada insan haqlarına riayətə nəzarət üzrə məsul orqan sayılan xalq müdafiə orqanının qərargahına çatdırsınlar, lakin təhlükəsizlik qüvvələri buna mane olublar.

Venesuelalı müxaliflərin sözlərinə görə, aksiyaçılardan 257 nəfər təhlükəsizlik qüvvələrilə toqquşmada zərər çəkibdir.

Venesuela əsas qanununun islahı layihəsilə müxalifət aksiyaları Kolumbiya ilə sərhəddə yerləşən "San Kristobal" kimi şəhərlərdə də keçirilib və etirazçılar şəhərin əsas küçələrini bir müddət bağlayıblar.

Venesuela son bir neçə ayda hökumət müxaliflərinin aksiyaları və çaxnaşmaların şahidi olubdur.

Venesuela prezidenti daim Amerikanı və Vaşinqtondan asılı olan sağçı partiyaları bu çaxnaşmaların amilləri kimi təqdim və onları hökuməti devirməyə cəhd göstərməkdə ittiham edibdir.

Teqlər