Trampın kürəkəni redaksiya işçilərini qovdu
-
Cared Kuşner
ABŞ prezidenti Donald Trampın kürəkəni öz həftəlik qəzetinin işçilərini Trampı tənqid etdiklərinə görə qovub.
İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner sahibi olduğu New York Observer həftəlik qəzetinin bir qrup işçisini Trampı tənqid etdiyinə görə işdən qovub və bunu redaksiyada yeni kadr dəyişikliyinə ehtiyacla əsaslandırıb.
Ötən həftə bu qəzetin baş redaktoru Kan Kerson naməlum səbəb üzündən istefa verdi.
Ötən yayda isə bu qəzetin mədəniyyət səhifəsinin redaktoru Dina Şuartz Kuşnerə açıq məktub ünvanlayaraq Trampın Twitt-lərindən birini qınamışdı.
Amerika mediaları bildirdilər ki, Dina Şuartz digər 4 işçi ilə birlikdə işdən qovulma müraciətini öncə almışdılar.
Kuşner yanvar ayında Trampın müşaviri təyin olunduqdan sonra New York Observer qəzetinin baş redaktoru vəzifəsindən kənarlaşmışdı.