Lavrov xəbərdarlıq etdi
İyun 01, 2017 11:33 Asia/Baku
Rusiyanın XİN başçısı terrorizm ilə mübarizədə Əfqanıstan dövlətinə dəstək verilməsinə çağırıb.
Spotnik-in verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Kabildə onlarla adamın ölümü ilə nəticələnən terror aktına toxunaraq deyib: İkili meyarları kənara qoymaq, bütün beynəlxalq oyunçularla geniş koordinasiya aparmaqla terrorizm ilə mübarizə etmək lazımdır.
Lavrov deyib: Əfqanıstanda ifratçı ünsürlərin Amerikanı öz müttəfiqləri kimi təqdim etmələri çox mənfi nəticələrə gətirib çıxara bilər.
Dünən səhər çağı Kabilin diplomatların yaşadığı Vəzir Əkbər Xan ərazisində Almaniya səfirliyi yaxınlığında bir güclü bomba partladıldı və nəticədə ən azı 80 nəfər həlak oldu, onlarla adam yaralandı.