İyun 02, 2017 22:25 Asia/Baku
  • Rusiyanın Aralıq dənizindəki hərbi gəmilərinin sayı artıb

Rusiya Aralıq dənizindəki hərbi gəmilərinin sayını artırıb.

Rusiya ordusunun Qara dənizdəki donanmasının informasiya mərkəzi bildirib ki, bu ölkənin Aralıq dənizindəki hərbi gəmilərinin sayı 15-ə çatıb.

Bu məlumata görə, mayın 30-da Aralıq dənizində yerləşmiş Rusiyanın bir ədəd gəmisi və sualtı qayığı İŞİD-in Suriyanın mərkəzində yerləşən Tədmur məntəqəsindəki mövqelərini hədəfə alıblar.

Rusiyanın Qriqoryeviç hərbi gəmisi də 2016-cı ilin noyabrında Suriyadakı terrorçuların mövqelərini hədəfə almışdı.

İlk dəfə olaraq, 2015-ci ilin noyabrında Rusiyanın Aralıq dənizindəki bir ədəd sualtı qayığı İŞİD-in mövqelərini hədəfə aldı.

Rusiya Suriya hökumətinin rəsmi dəvətilə 2015-ci ilin ortalarından bu ölkədə hərbi iştiraka malikdir və İŞİD və Cibhətunnusrə terror qruplarının mövqelərini hədəfə alıbdır.

Teqlər