Venesuelada etiraz tələfatının sayı artıb
-
Venesuelada etiraz tələfatının sayı artıb
Venesuelanın təhlükəsizlik naziri hökumət tərəfdarlarından birinin müxalifətçilər tərəfindən qətlə yetirildiyini bidlirib.
France Pressin məlumatına görə, Venesuela təhlükəsizlik naziri Ernesto Vilqas deyib: Müxalifətin hücumuna məruz qalan və yandırılan gənc xəstəxanada dünyasını dəyişib.
Ötən həftə Venesuela prezidenti Nikolas Maduro hökumətinə qarşı olan qəzəbli etirazçılar hökumətin tərəfdarı olduğunu güman etdikləri 22 yaşlı Orlando Fiqranı bıçaqla yaralayıb və diri-diri yandırıblar.
Fiqranın həlak olması ilə Venesuelada hökumət əleyhinə aksiyalarda həlak olanların sayı 65 nəfərə çatıb.
Venesuela son aylarda parlamentin ləğvi ilə bağlı Ali Məhkəmənin qərarına görə, hökumət müxaliflərinin etirazları ilə qarşıdurmalar və destabilliyin artmasının şahidi olmuşdur.
Venesuela prezidenti isə ABŞ və ona bağlı sağçı partiyaları bu qarşıdurmaların səbəbkarı adlandırır və onları hökuməti devirməyə cəhddə suçlayır.