İŞİD Avstraliyada terrorun məsuliyyətini öz üzərinə götürüb
İyun 06, 2017 13:21 Asia/Baku
Avstraliya polisi bildirib ki, terrorçu İŞİD qrupu Melborn şəhərində ölümcül atışma və girov götürmənin məsuliyyətini öz üzərinə götürüb.
İRNA-nın verdiyi məlumata görə, Avstraliyanın Viktoriya vilayətinin polis rəisi Qraham Eşton bu gün deyib: Somali təvəllüdlü, Melborn sakini olan bir kişi dünən bu şəhərdə bir kişini qətlə yetirdikdən və bir qadını girov götürdükdən sonra polis ilə toqquşmada öldürülüb.
Avstraliyada terror əməliyyatında 3 polis də yaralanıb amma girov götülülmüş qadın xilas edilib. Qraham Eşton deyib: Hadisə barədə araşdırmalar davam edir.