BMT-nin baş katibi: Tehran terror aktı amilləri cəzalandırılmalıdırlar
https://azeri.sahartv.ir/news/dünya-i272228-bmt_nin_baş_katibi_tehran_terror_aktı_amilləri_cəzalandırılmalıdırlar
BMT-nin baş katibi bir bəyanat yayaraq, çərşənbə günü Tehranda Parlament binası və İmam Xomeyni(r.ə)-in məqbərəsinə edilən hücumları kəskin formada qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 07:28 Asia/Baku
  • Antonio Quterriş
    Antonio Quterriş

BMT-nin baş katibi bir bəyanat yayaraq, çərşənbə günü Tehranda Parlament binası və İmam Xomeyni(r.ə)-in məqbərəsinə edilən hücumları kəskin formada qınayıb.

İRNA-nın məlumatına görə, Antonio Quterriş çərşənbə günü bir bəyanatda İran İslam Respublikası və terror aktı qurbanlarının ailələrinə başsağlığı verib və deyib: Heç bir vəchlə əsaslandırılması mümkün olmayan bu zorakılıq faktını törədənlər öz əməllərinin cəzasını çəkməlidirlər. 

Bu bəyanatda həmçinin deyilir: Bütün ölkələr terrorizm ilə mübarizədə bir biri ilə əməkdaşlıq etməli və dünya xalqlarını birləşdirən dünyəvi dəyərləri qorumalıdır.