Avstraliya: Tehran terror hücumları məhkumdur
İyun 08, 2017 12:39 Asia/Baku
Avstraliyanın xarici işlər naziri Tehran terror hücumlarını qınayıb və İran xalqının kədərini bölüşüb.
İRNA-nın məlumatına görə, Avstraliyanın xarici işlər naziri Culi Bişap cümə axşamı Tehran terror hücumlarını qınayıb və deyib: Terrorçular sərhəd tanımırlar və onlarla mübarizə milli iradə tələb edir.
İran İslam Respublikasının Avstraliyadakı səfirliyi də Tehran terror aktında həyatını itirmişlərin ailələrinə başsağlığı verərək, sabah cümə günü Avstraliyanın paytaxtı Kanira şəhərindəki ofisində xatirə dəftəri açacağını bildirib.
Bir çox ölkə müraciətlər göndərərək, Tehran terror hücumunu qınayıb və İran xalqı və dövlətinə təsəlli veriblər.