İyun 09, 2017 12:34 Asia/Baku
  • ABŞ senatında İrana qarşı yeni sanksiyalar barədə səsvermə təxirə salınıb
    ABŞ senatında İrana qarşı yeni sanksiyalar barədə səsvermə təxirə salınıb

Amerika senatı İran İslam Respublikasına qarşı yeni birtərəfli sanksiyalar layihəsinə səsverməni iyunun 12-ə təxirə salıbdır.

IRNA-nın məlumatına görə, ABŞ senatının 91 üzvü senatın ötən çərşənbəgünkü iclasında İran İslam Respublikasına qarşı yeni birtərəfli sanksiyalar layihəsi barədə müzakirələrin adekvatlığının lehinə səs vermişdi.

Bu səsvermədən sonra bununla bağlı müzakirələrin davam etdirilməsi üçün otuz saat möhlət qalmışdı, amma bu məsələ senatın cümə axşamıgünkü iş gündəmində yer almayıbdır ki, yekun səsvermə bazar ertəsi günü keçiriləcək iclasa saxlanılsın.

Hərçənd terror fəaliyyətləri və insan haqlarının pozulması bəhanəsilə İran İslam Respublikasına qarşı yeni birtərəfli sanksiyaların tətbiq edilməsi layihəsinin himayədarları iddia edirlər ki, bu layihə nüvə anlaşmasının icrasına xələl gətirməyəcək, lakin bəzi analitiklər onu nüvə anlaşmasının pozulmasına bir zəmin bilir və onun qəbul edilməsinin nəticələri barədə xəbərdarlıq edirlər.

Teqlər