İyun 09, 2017 19:00 Asia/Baku
  • Avropa paytaxtlarında Tehran terror hücumlarının şəhidlərinə hörmət ifadə edilib
    Avropa paytaxtlarında Tehran terror hücumlarının şəhidlərinə hörmət ifadə edilib

Tehran terror hücumları ilə bağlı avropalı rəsmilərin reaksiyaları və bu hücumların şəhidlərinə hörmət ifadə etmələri davam edir.

IRIB-nin məlumatına görə, Makedoniya prezidenti Corce İvanov İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ünvanladığı müraciətdə Tehran terror hücumlarını pisləyərək, terrorizmlə ahəngdar və sıx mübarizənin vacibliyini vurğulayıb.

Fransanın məsul şəxslərindən olan Kristian Masse də bu gün İranın Parisdəki səfirliyində olub, Tehran terror hücumları şəhidlərinin anım dəftərini imzalayaraq, onlara hörmət ifadə edibdir.

Tehran terror hücumları şəhidlərinin anım dəftəri İran İslam Respublikasının Avropa paytaxtlarında, o sıradan Moskva və Romadakı səfirliklərində açlılıb və yerli rəsmilər və həmin ölkələrdə fəaliyyət göstərən xarici diplomatlar bu dəftəri imzalayaraq, bu şəhidlərə hörmət ifadə edirlər.

Teqlər