Rusiya MN: ABŞ İŞİD-in güclənməsinə kömək edir
-
ABŞ İŞİD-in güclənməsinə kömək edir
Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ və beynəlxalq koalisiya Suriyanın Palmira və Deyruz-Zur şəhərlərində İŞİD-in güclənməsinə kömək etməkdədir.
İRİB-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyatın idarə olunması üzrə komandanı general Sergey Rodskoy cümə günü jurnalistlərə açıqlamasında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın funksiyasını tənqid atəşinə tutub: Rusiya və müttəfiqlrəinin İŞİD-lə mübarizədə ön xətdə olduğu halda, amerikalılar İŞİD-i Palmira və Deyruz-Zur ətrafında gücləndirirlər.
General Rodskoy əlavə edib: İŞİD-lə mübarizə və atəşkəs sazişinin davam etməsi ilə yanaşı Suriyanın bir çox bölgəsində savaş dayanıb. Lakin ABŞ öhdəliklərini tapdalayaraq atəşəs prosesinə zərbə vurur.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyatın idarə olunması üzrə komandanı İŞİD, Ən-Nüsrə Cəbhəsi və Fəthüş-Şam terror qruplaşmalarının atəşkəsə şamil olmadığını və onlarla mübarizənin davam etdiyini söyləyib: Tam İŞİD ünsürlərinin geri çəkildiyi zamanda amerikalılar onlara maliyyə və təchizat yardımı çatdırır.
Suriyadakı terrorçular ABŞ və onun qərbli və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəkləri ilə bu ölkədə saysız cinayətlər törətmişlər.