Filippin vətəndaşları sığınacaqlarda
Qarşıdurmaların artması ardınca, Filippin vətəndaşları sığınacaqlara toplaşıblar.
Maravi şəhərində Filippin dövlət qüvvələri ilə radikal qruplar arasında qarşıdurmaların davam etməsi ilə, vətəndaşlar can qorxusundan sığınacaqlara gedib və küçələrdə çox az görünürlər. Bir çox vətəndaş nigarandır ki, dövlət qüvvələri ilə İŞİD-ə bağlı qruplaşmaların atışmasının ortasında həlak ola bilər. Bəzi saatlarda heç bir atışmadan xəbər olmasa da, vətəndaşlar qorxudan sığınacaqlardan çıxmırlar. Bu şəhərdə bəzi məktəblər və məscidlər vətəndaşların sığınacağına çevrilib. İki həftədən artıqdır ki, İŞİD terrorçuları bu şəhərin stabilliyini məhv ediblər. Qarşıdurmaların davam etdiyi bölgələrdə nə qədər insanın çıxılmaz vəziyyətdə olması haqda məlumat yoxdur. Rəsmilər bu rəqəmi 100-2000 arasında təxmin ediblər. Ondan çox şəxs terrorçuların əsirliyindədir. Onların arasında xristian keşiş də vardır. Hələlik bu girovların taleyi haqda məlumat yoxdur. Silahlı şəxslər 22 mayda qarşıdurmalar başlandıqdan az müddət sonra kilsəyə hücum edərək onları girov götürüblər.