İyun 10, 2017 12:29 Asia/Baku
  • Mogerini Avropanın müdafiəsini vurğuladı
    Mogerini Avropanın müdafiəsini vurğuladı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Avropa Birliyinin müdafiəsi və təhlükəsizliyinin gücləndirilməsi bu birlik üzvlərinin istəyi və ehtiyacına görədir.

İRNA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Çexiya Respublikası paytaxtı Praqada Müdafiə və Təhlükəsizlik Konfransında əlavə edib: Avropanın ümumi tələbi təhlükəsizliyin gücləndirilməsidir və bu ehtiyaca cavab verilməlidir. 

Mogerini həmçinin Avropa Birliyi və Şimali Atlantik Alyansı arasında qarşılıqlı əməkdaşlığı vurğulayıb və deyib: Bu iki qurum arasında heç bir rəqabət yoxdur. 

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru bildirib: Siyasi iradə ilə dəyişiklik mümkündür və Avropa ölkələri bu siyasi iradə ilə dəyişiklik yaratmaqdadırlar. 

Mogerini Britaniyanın Avropa Birliyindən çıxması haqda deyib: Brexit referendumundan bir il keçir və hələ də Britaniya rəsmilərinin bu haqda mövqeyi bəlli deyil. 

Avropanın Müdafiəsi və Təhlükəsizliyi Konfransı cümə günü Praqa şəhərində keçirildi. ABŞ hökumətinin NATO haqdakı mövqeyilərinə görə yaranan şübhələr nəticəsində Avropada yeni təhlükəsizlik tədbirlərinin təşkili haqda ehtimallar irəli sürülür. 

Teqlər