Britaniya baş nazirinin iki müşaviri istefa verdi
https://azeri.sahartv.ir/news/dünya-i272558-britaniya_baş_nazirinin_iki_müşaviri_istefa_verdi
Britaniya baş nazirinin başçılıq etdiyi Mühafizəkarlar partiyasının son parlament seçkilərində maksimum yerləri toplaya bilməməsi ardınca, onun ali müşaviri və ofisinin rəhbəri istefa veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 16:22 Asia/Baku
  • Britaniya baş nazirinin iki müşaviri istefa verdi
    Britaniya baş nazirinin iki müşaviri istefa verdi

Britaniya baş nazirinin başçılıq etdiyi Mühafizəkarlar partiyasının son parlament seçkilərində maksimum yerləri toplaya bilməməsi ardınca, onun ali müşaviri və ofisinin rəhbəri istefa veriblər.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, baş nazirin ali müşaviri Nik Timoti bir məktubda bildirib: Seçki kampaniyasında roluna görə, bu məğlubiyyətdəki məsuliyyəti qəbul edir və öz vəzifəmdən istefa verirəm. 

Mühafizəkarlar partiyasının sözçüsü də Tereza Meyin ofisinin rəhbəri və müşaviri Fiona Hillin də istefa verdiyini bildirib.