Lavrov ABŞ-ın Suriya dövlət qüvvələrinə qarşı hücumları dayandırmasını istədi
Rusiya xarici işlər naziri ABŞ dövlət katibi ilə telefon söhbətində Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyada dövlət qüvvələrinə qarşı hücumları dayandırmasını istədi.
İRNA-nın məlumatına görə, Sergey Lavrov və Reks Tillerson şənbə günü axşam Suriya olayları ilə bağlı telefon vasitəsi ilə müzakirə aparıblar. Bu telefon danışığında Lavrov Rusiyanın ABŞ tərəfindən Suriyada dövlət qüvvələrinin hədəfə alınması ilə müxalif olduğunu bildirib və bu kimi halların təkrarlanmasını önləmək üçün lazımi tədbirlərin görülməsini istəyib.
Amerika indiyə kimi bir neçə dəfə Suriya ordusunun mövqelərini hədəfə alıb.
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ötən çərşənbə axşamı Tənəf məntəqəsində Suriya dövlət qüvvələrini hədəfə alaraq, 2 hərbçinin ölməsi və 15 nəfərin də yaralanmasına yol açmışdı.
Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi bu telefon danışığında Suriya ilə bağlı öz dəyərləndirmələrini ortaya qoyaraq, Suriya böhranına son qoymaq üçün birgə əməkdaşlığa təkid ediblər.