İyun 11, 2017 14:13 Asia/Baku
  • Trampın iqlim siyasətlərinə qarşı etiraz
    Trampın iqlim siyasətlərinə qarşı etiraz

Amerikanın müxtəlif şəhərləri bu ölkə prezidentinin iqlim siyasətlərinə qarşı geniş etiraz aksiyalarının şahidi olub.

FransPress-in verdiyi məlumata görə, Amerikanın iqlim barədə Paris müqaviləsindən çıxması insanların hissiyatını kəskin qıcıqlandırıb və nəticədə Amerika şəhərlərində əhali Trampın xarici siyasətlərini pisləyiblər. 

Amerikada ən geniş etiraz aksiyası Nyu-York şəhərində keçirilib, burada 3 min etirazçı Trampa qarşı"yalançı!" deyə bağırıb.

Amerikanın iqlim dəyişikliyi ilə mübarizə üzrə Paris müqaviləsindən çıxması dünya səviyyəsində bu ölkəyə qarşı etirazlara yol açmışdır. 

Dünya səviyyəsində istixana qazlarının yarısını istehsal edən ABŞ və Çin yer kürəsinin istiləşməsi və nəticədə iqlimin dəyişməsinin ən əsas amilləri hesab olunurlar. 

Teqlər