İyun 11, 2017 17:13 Asia/Baku
  • Amerikan senator xəbərdarlıq edib
    Amerikan senator xəbərdarlıq edib

Amerikalı respublikaçı senator İran İslam Respublikasına qarşı yeni sanksiyalar barədə xəbərdarlıq edib.

Faynenşl Tribun qəzetinin verdiyi məlumata görə, Amerikalı respublikaçı senator Rend Poul senatın İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi layihəsini səsə qoyması barədə deyib: İrana qarşı yeni sanksiyalar 5+1 qrupunun İranla nüvə razılaşmasına ziddir.

Amerikanın respublikaçı senatoru deyib: İranla nüvə razılaşmasının bəndlərindən kənar hər hansı bir tərəfli təşəbbüs tam diqqətlə araşdırılmalıdır. 

Amerika senatı iyunun 8-də İrana qarşı yeni sanksiyaların qəbul edilməsi üçün müzakirələrin kifayət etməsinə səs verib. Bu layihənin qəbul edilməsindən sonra nümaəndələr palatasında da qəbul ediləcəyi və ABŞ prezidenti tərəfindən imzalanacağı təqdirdə İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq ediləcək. 

Teqlər