Mogerini AB-nın müdafiə potensialının gücləndirilməsini vurğulayıb
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru bu birliyin müdafiə potensialının gücləndirilməsini vurğulayıb.
İRİB-in məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Finlandiya prezidenti Sali Niinisto və Şimali Atlantik Alyansı NATO baş katibinin müavini Rose Gottemoellerlə keçirdiyi birgə mətbuat konfransında deyib: Avropa Birlyi təhlükəsizlik və beynəlxalq problemlərlə mübarizə üçün öz müdafiə potensialının artırılması istiqamətində lavə addımlar atır.
Mogerini əlavə edib: Bütün Avropa vətəndaşları xarici və müdafiə siyasətlərində Avropa Birliyinin addımlarının artmasını istəyirlər. Bu birlik təhlükəsizlik problemləri ilə mübarizə üçün öz qüdrəti və təsirə malikdir.
ABŞ prezidenti Donald Trampın NATO haqdakı mövqeləri ilə əlaqədar şübhələr nəticəsində NATO-nun zəifləməsi və Avropada yeni təhlükəsizlik proseslərinin yaradılması haqda ehtimallar irəli sürülmüşdür.