İtaliyalılar ekologiya nazirlərinin iclasına etiraz etdilər
https://azeri.sahartv.ir/news/dünya-i272724-İtaliyalılar_ekologiya_nazirlərinin_iclasına_etiraz_etdilər
İtaliyada anti-müharibə və ətraf mühiti dəstəkləyən fəallar G-7 adlanan dünyanın 7 sənaye ölkəsinin ekologiya nazirlərinin Bolonya şəhərində iclasına etiraz əlaməti olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 06:56 Asia/Baku
  • İtaliyalılar ekologiya nazirlərinin iclasına etiraz etdilər
    İtaliyalılar ekologiya nazirlərinin iclasına etiraz etdilər

İtaliyada anti-müharibə və ətraf mühiti dəstəkləyən fəallar G-7 adlanan dünyanın 7 sənaye ölkəsinin ekologiya nazirlərinin Bolonya şəhərində iclasına etiraz əlaməti olaraq aksiya keçiriblər.

İRİB-in məlumatına görə, ötən gün ətraf mühitin yüzdən çox tərəfdarı İtaliyanın Bolonya şəhərinin mərkəzi küçələrində aksiya keçirərək qərbin, xüsusilə də ABŞ-ın Yerin istiləşməsi ilə mübarizə sahəsindəki yararsız siyasətlərinə etiraz edib.

Bir qrup etirazçı polis məmurları tərəfindən saxlanılıb.

ABŞ prezidenti Donald Tramp 1 iyunda Paris İqlim Sazişinin maliyyə və iqtisadi sahələrdəki sərt qanunlarını tənqid edərək bildirib: ABŞ iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə təsdiqlənən bu sazişdən çıxır.

Paris Sazişinin tərəfdarları ABŞ prezidentinin bu qərarını beynəlxalq rüsvayçılıq adlandırırlar.

Bolonya iclasında İtaliya, Fransa, Almaniya, İngiltərə, Yaponiya, Kanada və ABŞ-ın ekologiya nazirləri iştirak edir.