Rusiyada bir qrup müxalifət tərəfdarı həbs edildi
https://azeri.sahartv.ir/news/dünya-i272816-rusiyada_bir_qrup_müxalifət_tərəfdarı_həbs_edildi
Bazar ertəsi günü Moskva və Sank Peterburqda hökumət əleyhinə etiraz aksiyası zamanı polis tərəfindən saxlanılanlar olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2017 04:25 Asia/Baku
  • Rusiyada bir qrup müxalifət tərəfdarı həbs edildi
    Rusiyada bir qrup müxalifət tərəfdarı həbs edildi

Bazar ertəsi günü Moskva və Sank Peterburqda hökumət əleyhinə etiraz aksiyası zamanı polis tərəfindən saxlanılanlar olub.

"Exo" radiosunun verdiyi  məlumata görə, bazar ertəsi günü Moskva və Sank Peterburqda "Müstəqillik Günü" münasibəti ilə təşkil edilmiş etiraz aksiyalarında təqribən 200 nəfər polis tərəfindən saxlanılıb. 

Rusiyanın RBK telekanalı isə saxlanılanların sayını 400 nəfər elan edb. 

Moskva və Sank Peterburqda keçirilən etiraz aksiyasında 2000 nəfərin iştirak etdiyi bildirilir. 

Bu məlumata görə, sağçı partiya rəhbərlərindən olan İlya Yaşin və tanınmış bloqqer Aleksey Navalnı bazar ertəsi günü polis tərəfindən saxlanılan aksiya iştirakçılarındandırlar.